Özü DƏYƏR olan ADAM...


Ustadımız, ədəbi gəncliyin mənəvi hamisi, Türk dünyasının istedadlı qələm adamı, tanınmışaraşdırmaçı-yazar, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının "Gümüş medal"ı ilə təltif olunub.

Əkbər Qoşalı Milli Məclisin Mədəniyyət Komistəsində əmək fəaliyyətinə başladığı ilk gündən (o cümlədən, Atatürk mərkəzində çalışdığı illərdə) mədəniyyətimizin inkişafına, eləcə də qardaş ölkələrimiz arasında ortaq ədəbi dəyərlərə söykənən misilsiz hizmətlərdə bulunmuşdur.

Türk dilinin zənginliyini özündə ehtiva edən, insanın özünüdərkinə, mənən kamilləşməsinə həsr olunan, dərin məzmunlu, düşündürücü əsərlərin müəllifi olan Əkbər Qoşalı çağdaş türk ədəbiyyatının ən özgün və başarılı yazarlarındandır. İlk qələm təcrübələrindən başlayaraq hamasətə qapılmadan, dəbdəbədən, şüarçılıqdan, süni pafosdan, təsvir və təhkiyə bəsitliyindən uzaq dayanan Əkbər bəy yaradıcılığı ilə çağdaş türk nəsrinə mövzu, ideya, məzmun və forma orijinallığı ilə səciyyələnən yeni nəfəs, yeni ruh gətirmişdir. Yazıçının yaradıcılıq dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli bədii təfəkkürün, dünyagörüşün güzgüsüdür.

Şeirləri, hekayələri, tərcümə, esse və məqalələrini əhatə edən çoxşaxəli yaradıcılığındakı ədəbi-psixoloji-fəlsəfi dərinliyi ilə Əkbər Qoşalı həm Türkiyədə, həm də Azərbaycanda, eləcə də qardaş türkdilli ölkələrdə böyük oxucu auditoriyasının və ədəbi-elmi ictimaiyyətin sevgisini, rəğbətini qazanmışdır.

Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının "Gümüş medalı"na qardaş xalqlar arasında elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə layiq görülüb.
Xatırladaq ki, ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri, Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilənƏkbər Qoşalı bundan öncəki illərdə digər ortaq türk qurumu TÜRKSOYun, eləcə də Qazaxıstanın, Qırğız Respublikasının medallarına, habelə Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatına layiq görülüb.

Dəyərli böyüyüm, Ustadım Əkbər Bəyi haqq etdiyi, layiq görüldüyü mükafatları ürəkdən təbrik edir, gələcək işlərində və yaradıcılığında başarılar diləyirəm!

Sayğılarla: Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ