3 ölkədən Lavrova hava məkanı maneəsi


Serbiyanın paytaxtı Belqrada səfər edəcəyi açıqlanan Rusiya xarici işlər naziri Sergey Lavrov Monteneqro, Şimali Makedoniya və Bolqarıstandan hava məkanı maneəsi alıb.

Türküstan.azxəbər verir ki, Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın 6-7 iyun tarixlərində Serbiyada rəsmi səfərləri çərçivəsində olması planlaşdırılan Lavrova hava məkanını bağladığını bildirib.

Qeyd olunub ki, Serbiya prezidenti Aleksandr Vuçiç üç ölkənin qərarı ilə bağlı sabah Rusiyanın Belqraddakı səfiri Aleksandr Bocan-Harcenko ilə görüşəcək.


MANŞET XƏBƏRLƏRİ