Rusiya-Ukrayna müharibəsinin sonu: Vanqa nələr deyib?


Bolqar görücü, dünyanı öz iddiaları ilə heyran etmiş Vanqanın proqnozları bir-birinin ardınca mistik formada gerçəkləşməyə davam edir.

Turkustan.azxəbər verir ki, rus mətbuatının iddiasına görə, məşhur görücü Rusiya ilə Qərbin hazırkı qarşıdurmasını illər əvvəl deyib. Onun bu qarşıdurma ilə bağlı proqnozlarında Çinin də adı keçir. Vanqanın dediyinə inansaq, Çin, Hindistan və Rusiya eyni mövqedən çıxış edəəck və bununla da Çin daha da güclənəcək.

Qarşıdurmanın dərinləşəcəyini də söyləyən görücü bildirib ki, Rusiyaya qarşı duran güc müharibədə uduzacaq və məhv olacaq.

Vanqa daha sonra bildirib ki, çox qurbanlar veriləcək. Lakin Rusiyanı heç nə dayandırmayacaq. Bütün problemləri öz yolundan süpürüb atacaq və dünyaya meydan oxuyacaq.

Xatırladaq ki, Vanqa və onun siyasi proqnozları ilə bağlı konkret fikir yoxdur. Bəzi mənbələr iddia edir ki, onun siyasi proqnozlarını çekistlər hazırlayırdılar. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ