Qod Nisanov bu vəzifəsini itirdi


Azərbaycan əsilli iş adamı Qod Nisanov Ümumdünya Yəhudi Konqresininin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə təşkilat rəsmi məlumat yayıb.

Bildirilib ki, Qod Nisanovun təşkilatın İcraiyyə Komitəsindəki fəaliyyəti dayandırılıb.

Məlumata görə, Ukraynadakı münaqişə səbəbindən Qərb ölkələrinin sanksiya tətbiq etdiyi şəxslər Ümumdünya Yəhudi Konqresində vəzifə tuta bilməzlər. Qod Nisanovun vəzifəsindən kənarlaşdırılması ABŞ-ın ötən gün ona sanksiya tətbiq etməsi ilə əlaqədardır.

Qeyd edək ki, Q.Nisanov 2014-cü ildən Ümumdünya Yəhudi Konqresininin vitse-prezidenti idi.


MANŞET XƏBƏRLƏRİ