Kişi boşanmaq üçün məhkəməyə müraciət etdi - SƏBƏB ŞOKA SALDI: Gündə 3 dəfə...


"The New Indian Express"in (TNIE) məlumatına görə, "Maggi" markalı əriştədən istifadəyə görə "Maggi işi" adlandırılan iddiaya Hindistanın Karnataka əyalətinin Ballari şəhərindəki məhkəmədə baxılıb.

Türküstan.azxəbər verir ki, hakim ML Raghunath, boşanma işinin kişi tərəfindən qaldırıldığını bildirdi və həyat yoldaşının səhər yeməyi, nahar və şam yeməyi üçün ani Maggi əriştəsindən başqa heç bir yemək hazırlamağı bilmədiyini söylədi.

Hakim cütlüyün mübahisəsiz boşandığını təsdiqləyib.

Oxşar hallar olub

Oxşar hallar Karnataka ştatının Mysuru şəhərində də baş verib.

Kostyumun rəngini düzgün seçmədiyini iddia edən ər arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.

Yeməyə çox duz qatmaqda günahlandırdığı arvadından ayrılmaq üçün başqa bir kişi məhkəməyə gedib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ