Bu azərbaycanlılar Nobel Mükafatına namizəd oldular - Siyahı


2022-ci il Nobel Mükafatına 3 azərbaycanlının namizədliyi irəli sürülüb.

Bunu Publika.az-a açıqlamasında Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov deyib.

"Şeyx Hacı Allahşükür Paşazadənin namizədliyi sülh nominasiyası üzrə təqdim olunub. Tibb sahəsi üzrə professor Yaşar İbadov psixologiya elmindəki xidmətlərinə görə "Nobel"ə namizədliyi irəli sürülüb. O, 10 ölkənin akademikidir, dünya tibb elminə nəzəri və praktiki formada yeniliklər gətirib. Bundan başqa, akademik Adil Qəribovun "Nüvə kimyası"ndakı xidmətlərinə görə kimya sahəsi üzrə "Nobel"ə namizədliyi irəli sürülüb".

Qeyd edək ki, ötən il də Azərbaycandan hər üç şəxsin "Nobel"ə namizədliyi təsdiqlənmişdi. Ancaq onlar adıçəkilən mükafata layiq görülməmişdilər.


MANŞET XƏBƏRLƏRİ