Qazini qucaqlayaraq gündəm olan polisin kimliyi bilindi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına əllilik təyinatı ilə bağlı etirazlardan sonra nazirliyin qapısını sındıraraq içəri girən qazini qucaqlayan polisin kimliyi bəlli olub.

Turkustan.azxəbər verir ki, davranışına görə bir çoxları tərəfindən alqışlanan polis əməkdaşı əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu Post Patrul Xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.

Qeyd edək ki, bir neçə qazi əlilliyin təyinatı ilə bağlı ƏƏSMN qarşısında narazılıq edib. Nazirliyinin inzibati binasının qarşısında etiraz edən qazilər nazirliyin binasında şüşə qapını sındıraraq içəri daxil olublar.

Qazilər içəri daxil olduqdan sonra polis əməkdaşının qazini qucaqlamasını əks etdirən görüntülər sosial şəbəkələrə maraqla qarşılanıb. /Ölkə.Az/


MANŞET XƏBƏRLƏRİ