Dünyanın ən güclü futbol millisi bəlli oldu - VİDEO


Son Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçirilib.

"Finalissima" adı verilən görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutub.

Cənubi amerikalıların üstünlüyülə keçən qarşılaşma Avropa çempionunun məğlubiyyətilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, bu oyun UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək müddəti nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub.


MANŞET XƏBƏRLƏRİ