İllərlə axtardılar: Yerin altından 250 yeni mumiya tapdılar


Misir səlahiyyətliləri Qahirənin cənubundakı Saqqara nekropolunda illərlə davam edən işin sona çatdığını açıqladı. Aparılan işlər nəticəsində qazıntı yerindən qədim tanrı və ilahələrin 150 tunc heykəli və digər qədim artefaktların olduğu 250 mumiya aşkar edilib. Digər tərəfdən, səlahiyyətlilər tapılan əsərlərdə Ölülər Kitabına aid olduğu düşünülən papirusun da tapıldığını bildirib.

Türküstan.azxəbər verir ki, Qədim Misirdə yaşayış məntəqəsi kimi istifadə edilən və kral məzarlarının yerləşdiyi tarixi Saqqara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı eramızdan əvvəl 500-cü ilə aid olduğu təxmin edilən 250 mumiya və 150 ​​heykəl tapılıb. Ölkədəki "Səda əl-Beled" kanalının xəbərinə görə, Giza şəhərindəki tarixi Saqqara bölgəsində aparılan arxeoloji qazıntılar zamanı Misirin antik dövrünə aid yeni əsərlər tapılıb. 2018-ci ildən bəri arxeoloji qazıntıların davam etdiyi Sakkara bölgəsində 250 mumiya və 150 ​​heykəl aşkar edildiyi bildirilib.

TUNC HEYKƏLƏR KƏŞF EDİLDİ

Misir Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, Bubastian qəbiristanlığı ərazisində çalışan Misir arxeoloji qrupu bölgədəki kiçik bir gizli ərazidə qədim Misirin Son Dövrünə aid tunc heykəllər aşkarlayıb.

ÖLÜLƏR KİTABININ BİR HİSSƏSİ TAPILDI

Digər tərəfdən 250 mumiya olan məzarlardan birində "Ölülər Kitabı"ndan hissələrin olduğu düşünülən papirus aşkar edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ