Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəldi - FOTO


Azərbaycan əsilli daha bir boksçu İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.

Turkustan.az xəbər verir ki, 48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib - 5:0.

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyandan güclü olub - 3:2.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ