Putin: "Rusiyanı tərk edən xarici şirkətlərin yerini yerli şirkətlər tutacaq"


"Bəzi xarici şirkətlərin Rusiyadan getməsi ola bilsin ki, yaxşılığa doğrudur. Onların yeri tutulacaq".

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda çıxışında bildirib. Onun sözlərinə görə, Rusiya biznesi ölkəni tərk edən şirkətlərin yerini tutacaq və heç nə dəyişməyəcək.

"Bəli, çoxları deyir ki, gedirlər. Bilirsiz, bəzən gedənlərə də baxırsan, bəlkə də. şükür Allaha ki, gedirlər. Biz onların yerlərini tutacağıq. Bizim biznesimiz, istehsalımız artıq böyüyüb, tərk edən şirkətlərin yeri tutulacaq. Heç nə dəyişməyəcək", - deyə Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında qeyd edib. (APA)


MANŞET XƏBƏRLƏRİ