"Rus qazı almaqda israrlıyıq" - Çavuşoğlu


"Türkiyə indiki mərhələdə Rusiyadan təbii qaz tədarükündən imtina etmək niyyətində deyil".

Turkustan.az "Sabah"a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Enerji məsələsi Türkiyə və İsrailin energetika nazirləri arasında müzakirə olunacaq. Dedik ki, əgər İsrail Avropaya ixrac edə biləcəyi qaz həcminə çatarsa, o zaman Türkiyə bunun üçün yeganə iqtisadi yol olacaq".

Nazir əlavə edib:

"Bizim, Türkiyənin heç bir problemi və hələlik enerji təhlükəsizliyi baxımından Rusiyadan qaz almamaq qərarı yoxdur". (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ