Lida Aruşanyan: "Əliyev danışanda mən başımı aşağı salıram" - VİDEO


"Əliyev danışanda mən başımı aşağı salıram ki, bir türk gəlib bütün ölkəni türkləşdirmək istəyir".

Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Ordusunun qəhrəmanları tərəfindən öldürülmüş mayor David Aruşanyanın anası Lida Aruşanyan Ali Məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında deyib.

O daha sonra deyib ki, "Biz Ermənistan Respublikasının hüquq-mühafizə orqanlarından ədalət tələb etmirik. çünki onlar bir nəfərə xidmət edir. Biz müharibənin beynəlxalq strukturlar tərəfindən araşdırılmasını gözləyirik".

Erməni qadın Paşinyan hakimiyyətini təhdid edib: "Bu axmağın günləri sayılıdır. And içirəm ki, biz qalib gələcəyik".


MANŞET XƏBƏRLƏRİ