Rusiya ordusu Ukraynanın cənubunda üçüncü müdafiə xəttini qurur


Rusiya Ukraynanın cənub vilayətlərində möhkəmlənmək niyyətindədir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib.

Onun sözlərinə görə, işğal olunmuş Xerson vilayətində, Zaporojyedə Rusiya ordusunun yenidən qruplaşması və əlavə müdafiə xəttinin çəkilməsi bunu sübut edir.

"Müvafiq mühəndis binaları hazırlanır, hətta bir və ya ikinci deyil, üçüncü müdafiə xətti qurulur", - deyə Skibitski qeyd edib.

O, vurğulayıb ki, məhz bu hərbi aspektlər və göstəricilər Rusiyanın həmin əraziləri ələ keçirmək və saxlamaq niyyətindən xəbər verir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Qara Dəniz Donanmasının yenidən qruplaşdırılmasını davam etdirdiyi barədə məlumat yayılmışdı.

Mənbə: ZN.ua


MANŞET XƏBƏRLƏRİ