Azərbaycan erməni hərbçini geri qaytardı


Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil verilib.

Turkustan.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni hərbi qulluqçusu bu həftə Ermənistan tərəfə təhvil veriləcək. Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan ərazisinə keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ