İndikilər arvad deyil, şəhər qızları isə adamı... - Əli Mirəliyevdən ŞOK SÖZLƏR

İndikilər arvad deyil, şəhər qızları isə adamı... - Əli Mirəliyevdən ŞOK SÖZLƏR

“Ayaqlarımı lazım olanda həyat yoldaşım yox, qızım yuyur, dırnaqlarımı da tutur. Qızım da onu atasını çox sevdiyinə görə edir. Keçmişdə xanımlar həyat yoldaşlarının ayaqlarını yuyub. İndikilər isə sanki ərə yox, ezamiyyətə gedirlər. Ona görə də ailələr dağılır. Ailədə kişi qadın üçün, qadın da kişi üçün fədakarlıqlar etməlidir. Elin adətini sorğulamazlar”. 

Bunu Publika.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. 

O bildirib ki, köhnə filmlərdə də bunu görə bilərik: “İndikilər arvad deyil, heç bilmirlər ayağı necə yuyurlar. Kənd yerlərində bəlkə edərlər, lakin şəhər qızları tası adamın başına keçirərlər. Əsl azərbaycanlı qızlar rayondadır, Bakıda heç bilmirsən kim kimdir. Bilmirsən bu qızdır, ya oğlan”. 

Son zamanlar sosial medianın gündəmini zəbt edən çoxarvadlılıqla bağlı məsələyə də toxunan müğənni qeyd edib ki, kişi getsin özünə şalvar alsın, sonra 4 arvad alar: “Bəli, keçmişdə belə şeylər olub. Atam 8 övlad böyüdüb. Amma indi kişi bir arvadı güclə saxlayır, 4 arvadı necə saxlasın?! Birinin öhdəsindən gələ bilmirik, dördünün öhdəsindən  necə gələcəyik?! Onu edən harınlamışlardır, narkomanlardır, özlərini gicliyə qoyublar. Onlar da arvadı almır, saxlayır. Bu gün iki arvadı saxlayan kişi yoxdur, nəinki dördünü. Bunu bir də rayonlarda icra başçıları edə bilər, pulları çoxdur, çox arvad saxlayırlar. Bakıda sosial problemlərə görə gənclər evlənə bilmir, nəinki çox arvad almaq haqqında düşünə bilirlər. Getdikcə kişilərimiz qadınlaşır, qadınlarımız da kişiləşir. Çox qəribə proses gedir dünyada”.


MANŞET XƏBƏRLƏRİ