Qənirə Paşayeva Ankara Elazığ Kültür Dərnəyi başqanı Mehmet Ərgünlə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ankara Elazığ Kültür Dərnəyi başqanı Mehmet Ərgünlə görüşüb. Mədəniyyət Komitəsində baş tutan görüşdə qardaş ölkələrimizin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsinin vacibliyinə vurğu edilib. M.Ərgün Elazığ Kültür Dərnəyinin məramı-məqsədi, həyata keçirdiyi layihələr, planlar, o cümlədən Azərbaycanla əlaqələrin gücləndirilməsi istəkləri barədə danışıb.

Komitə sədri qardaş ölkənin aydınları ilə hər görüşdən məmnun olduğunu bildirərək, mədəniyyət, ədəbiyyat və sənətlə bağlı layihələrin günün tələbləri səviyyəsində daha da inkişafının məqsədəuyğun olduğunu deyib: "Elazığla Azərbaycanın bölgələrinin daha sıx mədəni işbirliyi içində olmasında sizin qurumun öz töhfələri ilə iştirakının yaxşı sonuclar verəcəyinə inanıram. Bildiyiniz kimi, bu il Azərbaycanda "Şuşa İli"dir; Şuşa şəhərinin qurulmasının 270, Xan qızı Xurşudbanu Natəvanın 190 illik yubileyidir. Bu əlamətdar yubileylər başda olmaqla Şuşaya, "Şuşa İli"nə Sizin qurumun tədbirlər təşkil etməsi yerinə düşərdi.

Bir daha, siz Azərbaycanda salamlamaqdan şad olduğumu bildirir, uğurlar diləyirəm! Xahişe dirəm, bizim salamları Elazığ Kültür Dərnəyinin bütün üzvlərinə çatdırasınız"!

Görüşdə RHİMİB sədri Arzu Bağırova iştirak edib.


MANŞET XƏBƏRLƏRİ