Rusiya təklif verdi, ABŞ inanmır


Birləşmiş Ştatlar Rusiyanın Ukrayna limanlarına girişi blokdan çıxarmaq müqabilində ixrac qadağasını ləğv etmək təkliflərini rədd edir.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Təbii ki, biz boş vədlərə cavab olaraq sanksiyaları ləğv etməyəcəyik. Biz əvvəllər də Rusiyadan boş vədlər eşitmişik. Düşünürəm ki, Rusiyadan müxtəlif vədlər və təkliflər eşitdiyimiz zaman şübhə ilə yanaşmağa əsasımız var", - Prays bildirib.

O, Rusiyanın ərzaq və enerjidən silah kimi istifadə etməyə çalışmasını "dəhşətli" adlandırıb.

Qeyd edək ki, Rusiya XİN başçısının müavini Rudenko qidalıq buğda bazarındakı problemin həlli və Ukrayna limanlarından buğdanın ixracı üçün dəhliz açmağa hazır olduqlarını, ancaq bunun üçün Rusiyanın ixracına qoyulan qadağanın ləğv olunması gərəkdiyini bildirib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ