Ukraynadan sonra bu ölkəni 8 saniyədə... - Kadırovdan gündəmi dəyişəcək AÇIQLAMA


Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Çeçenistan lideri Ramazan Kadırovun yaydığı video bomba kimi gündəmə düşüb. Fevralın 24-də başlayan Rusiyanın işğalı ilə Ukrayna məsələsinin tamamilə bağlandığını bildirən Kadırov, "Mən artıq Polşa ilə maraqlanıram. Ukraynadan sonra 8 saniyə ərzində nə edə biləcəyimizi göstərəcəyik" dedi.

Türküstan.azxəbər veriri ki, Rusiyanın Ukraynaya təcavüzündən 3 aylıq bir müddət keçərkən, daha bir diqqətçəkən çıxış Çeçenistan lideri, Rusiya lideri Vladimir Putinin müharibədə ən böyük dəstəkçilərindən biri olan Ramazan Kadırovdan gəldi.

"8 SANİYYƏ İÇİNƏ NƏ EDƏ BİLƏCƏYİMİZİ GÖSTƏRƏCƏYİK"

Sosial şəbəkədə video paylaşan Kadırov "Ukrayna məsələsi artıq bağlanıb, Polşa ilə maraqlanıram, 8 saniyəyə nə edə biləcəyimizi göstərəcəyik" deyib.

SIRA POLŞAYA GƏLİR?

Ukrayna prezidenti Vladimir Zelenski "Ukrayna yıxılarsa, Avropa yıxılır" ifadəsini işlədib və bu bəyanat Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzündən sonra Polşa, Belarus və Moldova ola biləcəyi kimi şərh edilib.

POLŞA SƏRHƏDİNDƏKİ HƏRBİ BAZA MƏHV EDİLDİ

Rusiya mart ayında Ukraynanın Polşa ilə sərhədinin cəmi 20 kilometrliyindəki hərbi bazanı hədəfə alıb. Lvov vilayətinin qubernatoru "Rusiya tərəfindən qərbdəki hərbi obyektə 30 raket atılıb. Hava hücumunda 9 nəfər ölüb, 57 nəfər yaralanıb" ifadəsini işlətmişdi.

Eltac Zülüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ