Rusiyanın müharibədəki itkiləri nə qədərdir?


Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Turkustan.azxəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 315 tankı, 3 235 zirehli döyüş maşını, 617 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 206 hərbi təyyarəsi, 170 helikopteri, 2 225 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 502 dronu, 47 xüsusi avadanlığı, 114 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 29 600-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ