Bayraktar Bəxtiyar Vahabzadənin şeirini oxudu - VİDEO


"Uğurların əsası inanmaqdan başlayır. İnsanı ən çətin anda belə motivasiya edən inancı və hədəflərdir. İnanaraq başladığınız işdə ailənizə, ailənizdən də ötə millətinizə, millətinizdən öncə dünyaya faydanı əsas götürməlisiniz".

Turkustan.az xəbər verir ki, bunu "Texnofest Azərbaycan" texnoloji festivalının açılışında çıxış edən Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

"Azərbaycan və Türkiyə bir-birilərinə çətin anlarda dəstək olublar. Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir. Şəhidlərimizi bir daha anmaq istəyirəm. Dost ən çətin gündə tanınar, ən çətin gündə də bir aradaydıq",- o bildirib.

Selçuk Bayraktar çıxışı zamanı Azərbaycanın mərhum şairi Bəxtiyar Vahabzadənin şeirini də səsləndirib:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan - Türkiyə.

(modern.az)


MANŞET XƏBƏRLƏRİ