"TEKNOFEST" - Azərbaycan-Türkiyə qardaşlığının daha bir örnəyi


Aqil Məmmədov

Milli Məclisin deputatı

Açıklama yok.

Azərbaycan-Türkiyə qardaşlığı, strateji müttəfiqliyi bu gün özünün şanlı günün yaşayır.

İlk öncə onu qeyd etmək lazımdır ki, innovativ inkişafla ayaqlaşan ölkələr hər zaman ön sıralarda yer alır və ölkəmiz bu istiqamətdə uğurla addımlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər imzalanan fərman və sərəncamlar, lV Sənaye İnqilabının çağırışlarına cavab vermək və rəqəmsal inkişafa nail olmağa hesablanıb. Bu proseslərin məntiqi davamıdır ki, "TEKNOFEST" müsabiqəsi ilk dəfə Azərbaycanda keçirilir.

"TEKNOFEST" Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Azərbaycan ilk dəfə 2021-ci ildə "Teknofest" Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib.

Festivalın ilk dəfə Türkiyə xaricində Azərbaycanda keçirilməsi Türkiyə və Azərbaycan arasında olan sarsılmaz tarixi bağları daha da gücləndirir.

"TEKNOFEST Azərbaycan" Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Teknoloji Takımı Vakfı və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26–29-da Bakıda keçirilir. "Teknofest Azərbaycan" çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri və 3 beynəlxalq tədbir ("Smart Qarabağ" Hakatonu, "Take Off" Azərbaycan Startap Sammiti və "Rocket League" video oyunu üzrə Avropa Kiber İdman Kuboku) təşkil olunub.

Burada əsas məqsəd, gənclər arasında aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının ön plana çıxarılması, ən əsası isə milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində bizim qələbə çalmağımıza şərait yaradan vasitələrdən biri də texnologiyanın son nailiyyətlərindən istifadə etməyimiz oldu. İlk dəfə "İkinci Qarabağ müharibəsi" ərəfəsində Azərbaycanın 5-ci nəsil müharibə əməliyyatlarından istifadə etdi və bu hərb tarixində silinməz izlərlə yadda qalmasına səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında azad edilmiş torpaqlarımız, "Yaşıl enerji" və texnologiya zonasına çevrilməyə başlayır. Bu nöqteyi nəzərdən də ərazilərdə yaradılan "Ağıllı kənd" və "Ağıllı şəhər"lərin əhatə etdiyi dairənin genişlənməsi üçün "TEKNOFEST Azərbaycan" festivalı çox əhəmiyyətlidir.

"TEKNOFEST Azərbaycan" festivalı, dünyanın müxtəlif dövlətlərindən olan potensial investorları azad edilmiş ərazilərdə görülən işlərlə tanış etməyə, onların buraya sərmayə yatırmasına təşviq etməyə böyük fürsətlər yaradacaqdır.

Ölkəmizdə, həm özəl sektorda olan şirkətləri, həm də vətəndaşlarımızı festivalda iştirak etməyə və aktivlik göstərməyə dəvət edir, "TEKNOFEST Azərbaycan"-a uğurlar diləyirik.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ