Cavid Qurbanovu bu məmur əvəz etdi


Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib .

Turkustan.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur.

ADY-nin rəhbəri Cavid Qurbanov Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC sədrinin birinci müavini Əlirza Süleymanovdur. Sədr olmadıqda sədrin səlahiyyətlərini yalnız ayrıca sərəncam olmadığı halda birinci müavin yerinə yetirir. Görünür, H.Valehov üçün ayrıca qərar qəbul edilib.

H.Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib, texniki elmlər namizədidir.

1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, "Azəravtoyol" Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, "Elm-İstehsalat Mərkəzi" və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentində müxtəlif vəzifələrdə çalışıb.

2007-2015-ci illərdə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub.

2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

"Tərəqqi" medalı, "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)" Azərbaycan Respublikasının yubiley medalı və "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.


MANŞET XƏBƏRLƏRİ