Şahin Mustafayev Mher Qriqoryanla sərhəddəki bu qəsəbədə GÖRÜŞÜB


Xəbər verildiyi kimi, mayın 24-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyalarının ilk görüşü keçirilib.
Tərəfləri Dövlət komissiyalarının sədrləri qismində Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan təmsil ediblər. Görüş Azərbaycan-Ermənistan sərhəddində keçirilib.
Maraqlıdır, Dövlət komissiyalarının sədrləri sərhədin hansı nöqtəsində bir araya gəliblər?
Turkustan.az xəbər verir ki, Ermənistan mətbuatı suala aydınlıq gətirib.
Belə ki, Mher Qriqoryanın ofisindən verilən məlumata görə, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri sərhəddə yerləşən Arazdəyən qəsəbəsi (ermənilər Yerasx adlandırılar) istiqamətində baş tutub.

"Növbəti görüşün tarixi hələ müəyyən edilməyib", - ofisdən bildirilib.

Mayın 24-də iki ölkə arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində və müvafiq tapşırıqlar əsasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında ilk görüş keçirilib.
Tərəflər delimitasiya və digər müvafiq məsələlər, o cümlədən sərhəddə təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə komissiyalar çərçivəsində işləməyə hazır olduqlarını təsdiqləyiblər.
Komissiyaların birgə fəaliyyətinin təşkilati-prosessual məsələləri müzakirə edilib. Tərəflər sərhəddə keçirilən görüşlərlə yanaşı, komissiyaların növbəti iclaslarının keçirilməsi üçün müxtəlif yerlərdən istifadənin məqsədəuyğunluğu barədə razılığa gəliblər. O cümlədən ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə olunub.
Moskva görüşünün gələn həftə baş tutacağı gözlənilir.(modern.az)


MANŞET XƏBƏRLƏRİ