Vətəndaş cəmiyyətləri də "Konflikt və post-konflikt ölkələrin media şəbəkəsi"nə qoşulur


"Dünyada baş verən prosseslər jurnalistikanın prinsiplərinin dəyişdiyini göstərdi"-bu fikirlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirlən "Konflikt və post-konflikt ölkələrin media şəbəkəsi" adlı konfransda səslənib. "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İB-nin rəhbəri Bəsti Nəsibova bildirib ki, rəhbərlik etdiyi qurum yerli jurnalistlərlə birgə "Konflikt və post-konflikt ölkələrin media şəbəkəsi"ni yaradıb. Məqsəd eyni və ya oxşar problemləri yaşayan ölkələrin media qurumları, jurnalistləri arasında treniqlər təşkil etmək, monitorinq və təcrübə mübadiləsi aparmaqdır. Konflikt və post-konflikt (Azərbaycan) şəraitində yaşayan dövlətlər üçün onların problemləri haqqında təkcə öz ölkələrində deyil, bütün dünyada obyektiv,neytral, dolğun informasiyaların yayılması mühüm əhəmiyyət kəsb edir.AZTV-nin Teleradio Akademiyasının prorektoru, media eksperti Almaz Mahmud layihə çərçivəsində Ukrayna, Türkiyə, Gürcüstan, Moldova və digər ölkələrdən olan jurnalistlərlə müzakirələr apardıqlarını deyib. Onun sözlərinə görə, jurnalistlər belə şəbəklərin həm də jurnalistlər arasında bir həmrəylik rolu oynadığını qeyd ediblər. "Ethnoglobus" Beynəlxalq Analitik-Onlayn Mərkəzinin təsisçisi və direktoru Gülnarə İnanc öz təcürbəsindən danışaraq jurnalistlərin konflikt zonalarında necə işləmələrinə, hansı qaydalara əməl etmələrinə toxunub. "Region Plus" jurnalının baş redaktoru Namiq Mailov bu şəbəkəni genişləndirməyi və konflikt ölkələrdən olan jurnlistlərin Azərbaycana, azad olunmuş torpaqlara səfərini təşkil etməyi məsləhət görüb. Tədbirə onlayn şəkildə qoşulan Türkiyənin TRT kanalının əməkdaşı Emrah Alparslan Konukman və tanınmış telejurnalist Neşe Beber də konflikt zonalarda çalışan jurnalistlərin təhlükəsiliyindən və digər mövzulardan danışıblar. Azərbaycanda fəliyyət göstərən Qeyri-Hökümət təşkilatları rəhbərləri- İradə Rızazadə, Mətanət Əsgərqızı, Qəmazə Yusibova, Ülkər Abdullayeva Ermənistanla Azərbaycan arasındakı informasiya müharibəsinin bitmədiyini və bu istiqamətdə hamının birgə mübarizə aparmasının əhəmiyyətini qeyd ediblər.

Xatırladaq ki, ingilis dilinə tərcümə olunan şəbəkə "Media network in conflict and post-conflict countries" adı ilə social mediada yayımlanır. Artıq 2 aydır ki, Tvitter, İnstaqram və Facebookda konflikt zonalarda çalışan jurnalistlərin fəaliyyətləri, problemlərə yanaşmaları təqdim edilir və onlarla müsahibələr aparılır. Şəbəkə həm də media sahəsində praktik və nəzəri biliklərin artırılması üçün bir hədəf rolunu oynayır. Bu isə nəticədə informasiya mübadiləsinin miqyasının genişlənməsi deməkdir.


MANŞET XƏBƏRLƏRİ