Türklər çayı kosmosa yolladı -VİDEO


Adanalıların helium şarı ilə kosmosa kabab göndərməsi, hətta vətəndaşların da sözügedən kababla şəkil çəkdirmək üçün uzun növbələr yaratması barədə çox danışılıb. İndi də buna bənzər bir hərəkət Rizəlilərdən gəldi. Rizə Dərnəkləri Federasiyası tərəfindən təşkil edilən chr("39")12-ci Rizə Tanıtım Günlərichr("39") çərçivəsində məşhur Rizə çayının helium şarı ilə kosmosa göndərilməsi cəhdi edilib.

Türküstan.azxəbər verir ki, tədbirə AK Partiya Ümumi Başçı Köməkçisi Hayati Yazıcı, Rize valisi Kamal Çeber və Rize Bələdiyyə Başçısı Rəhmi Metin ilə yanaşı, Rize və İstanbuldan çox sayda bələdiyyə başçıları qatılıb.

GPS quraşdırılmış çay paketi helium balonunda səmaya buraxılıb. Göyə doğru qalxdıqdan sonra stratosfer qatında partlaması gözlənilən şara ilişən platforma axarlarla birlikdə paraşütlə yenidən yerə enəcək. Çay dolu platformanın düşəcəyi yerə cihaz gələcək.

.


MANŞET XƏBƏRLƏRİ