İsraildən Ukraynaya şok qadağa – "İstəmirik ki..."


İsrail Ukraynaya "Spayk" raketlərinin tədarükünə qadağa qoyub.

Turkustan.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

İddiaya görə, İsrail Ukraynanın Almaniyada İsrail texnologiyası əsasında istehsal edilən "Spayk" tank əleyhinə raketləri tələblərini rədd etdiyini ABŞ tərəfinə çatdırıb.

Məqalədə qeyd olunub ki, İsrail Müdafiə Nazirliyinin rəsmisi Amir Eşel iki həftə əvvəl Vaşinqtonda ABŞ müdafiə nazirinin müavini Kolin Kalla görüşərək iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib. Eşel görüşdə bildirib ki, ölkəsi belə bir addımla razılaşmayacaq, çünki İsrail Ukraynaya ancaq öldürücü olmayan hərbi texnika verir.

İsrailin yüksək rütbəli rəsmisi nəşrə deyib ki, Təl-Əviv rus hərbçilərinin İsrail silahları ilə öldürüləcəyindən narahatdır və bu, Rusiyanın Təl-Əvivin Suriyadakı təhlükəsizlik maraqlarına zərər vurmasına səbəb ola bilər. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ