Yağış paytaxtın simasını dəyişdi: Küçələri uzunboğaz çəkməsiz keçmək mümkün deyil - VİDEO


Mayın 24-ü gecə saatlarından yağan intensiv yağış paytaxtda fəsadlara səbəb olub. Küçələri su basıb, piyadaların və nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaranıb.

Baku TV-nin əməkdaşı Binəqədi rayonu, 1-ci mədən, 40-cı korpus adlanan ərazidə olub, yollardakı vəziyyətlə bağlı son vəziyyətdən xəbər verib.

Qeyd edilib ki, yağış suları küçədəki mənzillərin həyətlərinə, zirzəmilərinə dolub. Ərazidə uzunboğaz, rezin çəkməsiz hərəkət etmək mümkün deyil.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ