Ələt qəsəbəsində zavodda partlayış oldu - Xəsarət alan var


Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.

Turkustan.azxəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. /Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ