Rusiya məhkəməsi Əsgərov barəsində həbs qərarı çıxardı


Rusiyada "Kim? Harada? Nə vaxt?" intellektual oyununun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərovun barəsində qiyabi həbs qərarı çıxarılıb.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Məhkəmə istintaqın müraciətini təmin edərək Rövşən Əsgərov barəsində Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinə (KİV yaxud internetdən istifadə etməklə nasizmin reabilitasiyası) uyğun olaraq saxlanılması yaxud ekstradisiyası halında 2 ay müddətinə qiyabi həbs cəzası verib", - deyə məlumatda deyilir. (axar.az)


MANŞET XƏBƏRLƏRİ