"Şuşa İli"nə həsr olunan tədbir keçirilib


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Kəlbəcər Rayon Uşaq İncəsənət Məktəbinin "Şuşa İli"nə həsr olunmuş konsert proqramı keçirilib.

Konsertdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının, Gəncə Regional Mədəniyyət İdarəsinin, rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbirin keçirilməsində əsas məqsədin Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması olduğunu bildirib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, 2022-ci ilin Azərbaycanda "Şuşa İli" elan edilməsi dünya mədəniyyətinə səslənən növbəti sülh çağırışıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub.

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşada infrastrukturun qurulması ilə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpası işləri sürətlə davam etdirilir, yenidən Vaqif Poeziya Günləri, "Xarıbülbül" festivalı keçirilir.

"Şuşa İli"nə həsr olunmuş konsert proqramında Kəlbəcər Rayon Uşaq İncəsənət Məktəbinin müəllimləri Baloğlan Məhəmmədov, Cəvahir İsmayılova, VII Muğam müsabiqəsinin iştirakçısı Tariyel Vəliyev, şagirdlər Rəvan İsmayılzadə, Kənan Tağızadə, aşıq İbadət Mehdiyevin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ