Həcc ziyarəti üçün kvota və qiymət bilindi - RƏSMİ


Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.

Turkustan.az xəbər verir ki, bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb:

"Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir".

Şöbə müdiri deyib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir:

"Eyni zamanda iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir".


      MANŞET XƏBƏRLƏRİ