Meymunçiçəyi mutasiyaya uğrayır?


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi virusunun mutasiyaya uğradığına dair heç bir sübutun olmadığını açıqlayıb.

Turkustan.azxəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

ÜST Avropa və Şimali Amerikada 100-dən çox yoluxma faktının aşkarlandığını bildirsə də, vəziyyəti ağırlaşanların olmadığını vurğulayıb:

"Yoluxmalar qeyri-tipik xarakter daşıyır və virusun müntəzəm yayılmadığı ölkələrdə baş verir. Alimlər yoluxma hallarının mənşəyini və virusda nəyinsə dəyişib-dəyişmədiyini müəyyənləşdirməyə çalışırlar". /Modern.az/


MANŞET XƏBƏRLƏRİ