"Whatsapp" messencerinə yeni funksiya gəlir - FOTO


"WhatsApp" tərtibatçıları reaksiyalar üçün yeni funksiya üzərində işləyirlər.

Yenilik albomlardakı hansı fotolara reaksiya verildiyini öyrənməyə imkan verəcək.

Hazırda albomda qruplaşdırılmış foto və ya videoya kimsə reaksiya verirsə, istifadəçi albomu açmadan hansı fayllara reaksiya verildiyini görə bilmir.

"WABetaInfo" portalında hazırkı versiya ilə yenisi arasındakı fərqi göstərən skrinşot yerləşdirilib.

/Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ