Meymunçiçəyi niyə təhlükəli sayılır? - Professor


Meymunçiçəyi virusu ilk dəfə Afrikada meymunlarda rast gəlindiyi üçün bu cür adlandırılır.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

"Meymunçiçəyi virusu çiçək virusu ailəsinə daxildir. Virusun mənşəyi də Afrikadır. İlkin əlamətləri qızdırma, baş, bel, əzələ ağrıları, titrəmə və dəridə suluqların əmələ gəlməsidir. Virusun sağalma müddəti orqanizmdə törətdiyi dəyişikliklərdən asılıdır. Xəstəlik 2 həftə və ya 1 ay davam edir. Düzgün müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Virus başqa bir şəxslə yaxın təmas zamanı yayılır".

Professor karantin tədbirləri ilə bağlı lazımı işlər görülməsini məsləhət görüb:

"Hazırda virusun baş qaldırması koronavirusun pandemiyasından sonra immun sisteminin zəifləməsi fonunda xeyli narahatlıq törədir. Bununla yanaşı Azərbaycanda çox ciddi şəkildə karantin tədbirləri ilə bağlı işlər hazırlanmalıdır".


MANŞET XƏBƏRLƏRİ