Quqlda Şuşanın küçə adları niyə ermənicədir?


Şuşanın işğaldan azad olunmasından ilyarım keçsə də, Quql xəritəsində Şuşa şəhərinin küçə adları hələ də erməni dilində yazılır.

Bununla bağlı Axar.az-a Şuşa rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda Şuşada quruculuq-bərpa işləri gedir:

"Prezidentin xüsusi nümayəndəsi bərpa-quruculuq işlərinə nəzarət edir. Şuşada olan bütün tarixi adlar, eləcə də küçə adları Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin nəzarətindədir. Şuşa şəhərinin küçələrinin yeni adları Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilib. Tikinti-bərpa işləri bitdikdən sonra hər şey öz adını alacaq".


MANŞET XƏBƏRLƏRİ