Rusiya geri çəkildi, İran hərəkətə keçdi - Türkiyə ətrafında şok gəlişmə

Rusiya geri çəkildi, İran hərəkətə keçdi - Türkiyə ətrafında şok gəlişmə

Rusiya Ukraynadakı əməliyyatlarını dəstəkləmək üçün Suriyanın 8 kritik bölgəsində yerləşən hərbi qüvvələrini geri çəkib.

Turkustan.az xəbər verir ki, Həsəkə, İdlib, Həma, Latakiya və Hələb çölləri, eləcə də Mənbiç, Təl-Rıfat və Ayn əl-Ərəbdəki rus qüvvələrinin çıxarıldığı bildirilib.

Suriya Milli Ordusunun sözçüsü Yusif Həmud rus qüvvələrinin Təl-Rıfat, Ayn əl-Ərəb və Mənbiçdəki qüvvələrinin geri çəkilməsinin vacib olduğunu deyib, bununla Hələbə gedən yolun açıldığını vurğulayıb.

O, Türkiyə üçün kritik əhəmiyyət kəsb edən Təl-Rifat xəttində Rusiya hərbi qüvvələrinin olmadığını deyən Həmud Ayn əl-Ərəbdəki rus hərbçilərinin də bölgəni tərk etdiklərini bildirib.

Fəratın şərqindəki 2 bazada yerləşdirilən rus komandoları da Mənbiç-Arim bölgəsinə göndərilib. Polkovnik Yusif Həmud rusların boşaltdıqları PKK-nın işğalı altındakı ərazilərdə ABŞ kəşfiyyatçılarının dolaşdığını söyləyib. Rusiyanın geri çəkildiyi digər qaynar nöqtələr isə İdlib-Saraqib və Hums-Tədmur xətti olub.

Azad Suriya Ordusunun qurucu komandanı general Riyad Əsəd bölgədə yeni strateji bölgünün hazırlandığını iddia edib, Rusiyanın Suriyanı təzyiq və şantaj vasitəsi kimi gördüyünü deyib.

General Ukrayna məsələsinin Suriya üçün mühüm fürsətlər yaratdığını qeyd edib:

“Onsuz da Suriya rejimi meydanda deyil. Rusiya, İran və ABŞ proksi qüvvələr vasitəsilə döyüşür. İran şiə terror qruplaşmaları, ABŞ PKK-PYD, Əsəd və Rusiya isə Süheyl Həsənin rəhbərlik etdiyi “Pələng” qüvvələri vasitəsilə meydanı dizayn etməyə çalışır. Himayə edilən bu qüvvələrin hərbi biri Türkiyəyə qarşı istifadə olunur, onun qarşısına çıxarılır”.

Yusif Həmud bildirib ki, İranın dəstəklədiyi şiə silahlı qruplaşmaları, xüsusilə Latakiya-Hələb-İdlib xəttində Rusiyanın boşaltdığı əraziləri doldurmağa çalışır. Məlumata görə, fevralın 24-də Ukrayna müharibəsi başlayandan bəri Rusiya “Vaqner” üzvləri də daxil olmaqla 6-8 minlik qüvvəsini bölgədən çıxarıb. Rusiya Baş Qərargahı Suriyada yerləşən dəniz, quru və hava qüvvələrininin böyük hissəsini də, komandanlıq daxil olmaqla Ukraynaya göndərib. Suriyada Kadırova bağlı qüvvələrlə birlikdə 6500-7000 rus hərbçisinin qaldığı deyilir. 2015-2022-ci illər arasında Rusiyanın Suriyada 70 minlik qüvvəsi olub.

Digər tərəfdən, Rusiyanın bölgəni boşaltması PKK düşərgəsində çaxnaşma yaradıb. Rusiyanın Türkiyə ilə anlaşdığını və onlara xəyanət etdiyini iddia edən sözdə PYD/PKK liderləri ABŞ-ı yenidən bölgəyə çağırırlar. Türkiyənin quru və hava əməliyyatlarını davam etdirəcəyindən qorxan PKK/PYD Əsəd rejimi ilə dialoq qurmağın yollarını da axtarır.    /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ