Vüsal Quliyev: "Azərbaycanda 4 minə yaxın QHT qeydiyyatdan keçib"


"Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var".

Turkustan.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O qeyd edib ki, onların bəziləri fəaliyyət göstərmir.

"Ancaq əksəriyyəti fəal şəkildə fəaliyyət göstərir", - sektor müdiri vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ