Pandemiyanın sona çatdığını elan etmək tezdir - ÜST

Pandemiyanın sona çatdığını elan etmək tezdir - ÜST

Bir çox ölkədə koronavirusa qarşı məhdudiyyətlərin aradan qaldırılması pandemiyanın bitdiyi demək deyil.

Turkustan.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Terdos Adhanom Qebreyesus bildirib.

"Pandemiya bitdimi? Xeyr, qəti surətdə yox. Başa düşürəm ki, bu sizin eşitmək istədiyiniz mesaj deyil və bu, mənim çatdırmaq istədiyim mesaj deyil", - deyə 75-ci Ümumdünya Səhiyyə Assambleyasının açılışında çıxış edən T.Qebreyesus bildirib.

O qeyd edib ki, dünyada koronavirusa yoluxma və ölüm hallarının azalması, eləcə də bir çox ölkələrdə məhdudiyyətlərin götürülməsi böyük irəliləyişdir, lakin “problem hər yerdə həll olunmayana qədər heç yerdə həll olunmur”. ÜST rəhbərinin sözlərinə görə, dünyanın müxtəlif regionlarında 70-ə yaxın ölkədə koronavirusa yoluxma halları artmaqda davam edir, baxmayaraq ki, bütün dünyada koronavirusla bağlı verilən testlərin sayı azalır.  /Bakupost.az/


MANŞET XƏBƏRLƏRİ