"Eurovision"un rus versiyası yaradılır


Rusiya "Eurovision"a bənzər müsabiqə yaratmağa hazırlaşır.

Turkustan.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı müğənni Nikolay Baskov məlumat verib.

İfaçının sözlərinə görə, mahnı müsabiqəsinə "rusofobiyanın yayıldığı dövrdə Rusiya ilə birlikdə qalan dost ölkələr" dəvət olunacaq.

"Biz müxtəlif ölkələrdən olan insanların rus dilində mahnı oxuyacağı və bununla da mədəniyyəti təbliğ edəcək bir müsabiqə təşkil etmək istəyirik. Eyni zamanda, onlar həm öz ölkələrini, həm də musiqilərini təmsil edərək, öz milli üslubunda çıxış edəcəklər", - deyə sənətçi bildirib. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ