Prezident onlara vəzifə verdi - SİYAHI


Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, sərəncamla publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib:

Müşahidə Şurasının sədri

Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Müşahidə Şurasının üzvləri

Şahin Əliyev - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Humay Əfəndiyeva - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi

Xalid Qasımlı - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri

Fərid Hacıyev - Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.


MANŞET XƏBƏRLƏRİ