Rusiyadan şok qərar: 12 ordu birliyi yaradılır - Hədəfdə bu ölkələr var


Rusiya İsveç və Finlandiyanın NATO-ya üzv olmasına hərbi baxımdan cavab verəcəyini bildirib. Bu məqsədlə Qərb Hərbi Dairəsində 12 ordu birliyi yaradılacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.

"Ən yaxın qonşularımız İsveç və Finlandiya tərəfindən NATO-ya üzvlük üçün müraciətlər təqdim olunub. Beləliklə, Qərb Hərbi Dairəsinin məsuliyyət zonasında gərginlik artmaqda davam edir. Biz adekvat tədbirlər görürük, ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 hərbi hissə yaradılacaq", - Şoyqu deyib.

Bu ordu birliklərinin dəqiq harada yerləşəcəyi, neçə canlı qüvvə və hansı silahların daxil olacağı hələlik məlum deyil. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ