Məşhur "qanuni oğru"nun film kimi qaçış hekayəsi: Sona çatdı


Misir cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda və hədə-qorxu ilə 15 milyon rubl tələb etməkdə ittiham olunan Gürcüstan vətəndaşı, "qanuni oğru" David Gerlianini Rusiyaya ekstradisiya edir.

Turkustan.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib.

Volkun dediyinə görə, o, 2014-cü ildən cinayət iyerarxiyasında ən yüksək məqamdadır Həmçinin, istintaq materiallarına görə, o, 2020-ci ildə bir nəfərdən 15 milyon rubl tələb edən qrup yaradıb və ona rəhbərlik edib. Cinayətin ortaqlarından biri pulun bir hissəsini alarkən saxlanılıb.

Gerliani 2021-ci ilin iyununda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin tələbi ilə beynəlxalq axtarışa verilib. 2022-ci ilin martında o, Misirdə saxlanılıb, cümə günü isə Rusiya Federasiyasına təhvil veriləcək.

"Qanuni oğru"nun ölkəni necə tərk etdiyi bildirilməsə də, bunu "film kimi" olduğu deyilir. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ