SON XƏBƏR: Azərbaycana 14 ölkədən uçuşlara icazə verildi - SİYAHI


Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib.

Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2022-ci il 20 may tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın tələbləri nəzərə alınmaqla icazə verilir:

Bolqarıstan Respublikası;

Butan Krallığı;

Cənubi Afrika Respublikası

Qvatemala Respublikası;

Laos Xalq Demokratik Respublikası;

Livan Respublikası;

Mavriki Respublikası;

Misir Ərəb Respublikası;

Myanma İttifaqı Respublikası;

Nepal Federativ Demokratik Respublikası;

Paraqvay Respublikası;

Şimali Makedoniya Respublikası;

Şri-Lanka Demokratik Sosialist Respublikası;

Vyetnam Sosialist Respublikası.


MANŞET XƏBƏRLƏRİ