Şəhərin mərkəzində “gəzən heykəl”i şillələyən kişi AXTARIŞA VERİLDİ - VİDEO

Şəhərin mərkəzində “gəzən heykəl”i şillələyən kişi AXTARIŞA VERİLDİ - VİDEO

Bakının Nizami küçəsində “Gəzən heykəl”ə şillə vuran şəxs axtarışdadır.

Bu barədə Lent.az-a “gəzən heykəl”i canlandıran Pərviz Abdullayev məlumat verib. 

O, hadisənin təfərrüatlarını belə nəql edib:

“Hadisə mayın 15-də olub. Həmişə olduğu kimi şəhərin mərkəzi küçəsində çıxış edirdim. Anidən bir kişi gəldi, vurdu və getdi. Heç bir reaksiya vermədim. Eləcə işimə davam etdim.

Polisə müraciət etmişəm. Adam axtarışdadır. Sərxoş olduğu bəlli deyil. Kimliyi barədə də heç bir məlumat yoxdur”.

Qeyd edək ki, sözü gedən hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunub. Görüntülərdə orta yaşlı kişi heykəl adam obrazında pantomim nömrələri ilə çıxış edən və bu bacarığına görə də hər kəsin diqqətini cəlb edən gənc aktyora şillə vurub. 

Hadisənin görüntüləri təqdim edirik:

 


MANŞET XƏBƏRLƏRİ