İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı BƏZİ FAKTLAR


Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sərhəd xəttinin Biləsuvar rayonu istiqamətindən keçən hissəsində baş verib. İran sərhədçiləri tərəfindən güllələnərək öldürülən Mircavad Musayev Şabran rayon sakini olub.

2000-ci il təvəllüdlü və subay olan Mircavad bir müddət əvvəl işləmək məqsədilə rayondan Bakıya gəlibmiş.

İlkin məlumata görə, hadisə vaxtı M.Musayev sərhədi nəzarət-buraxılış məntəqəsi olmayan yerdən keçməyə cəhd göstərib. Bu zaman İran sərhədçiləri atəş açıb.

Mircavad Musayev dünən doğulub-böyüdüyü Şabran şəhərində dəfn edilib.


MANŞET XƏBƏRLƏRİ