Putinin qızı Zelenski İLƏ EVLİ İMİŞ

Putinin qızı Zelenski İLƏ EVLİ İMİŞ

Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonova Bavariya Dövlət Baletinin keçmiş bədii rəhbəri İqor Zelenski ilə ailə həyatı qurub.

Turkustan.az Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə “Der Spigel” məlumat yayıb.

Məlumata görə, son iki ildə Katerina Tixonova Zelenskinin yaşayıb və işlədiyi Münhenə 50 dəfədən çox uçub.

Jurnalistlər Katerina Tixonovanın şəxsi mühafizəçisi olduğu iddia edilən Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşının elektron poçtundan məlumat əldə ediblər. Bu sənədlər arasında Tixonova, Zelenski və onların 2017-ci ildə doğulmuş qızlarının pasportları da var. Pasportda uşağın ata adı İqor göstərilib.

Qeyd edək ki, Zelenski 2018-ci ildən “Milli Mədəni İrs” Fondunun müşahidə şurasının tərkibində təmsil olunur. Bu layihə şəxsən Putin tərəfindən yaradılıb. 2022-ci ildə Zelenski Bavariya baletindəki vəzifəsindən uzaqlaşdırılıb.


MANŞET XƏBƏRLƏRİ