Dollarla qızılın "savaşı" gəlir: ciddi pul qıtlığı olacaq - Türk analitik


Üçüncü dünya müharibəsinin ilk səhifəsi açılıb. Bu dəfəki böyük maliyyə böhranı, iqtisadi savaş əvvəlkilərdən fərqli olaraq, çox maraqlı bir ssenari üzrə gedəcək.

Turkustan.azxəbər verir ki, bu barədə türk analitik Kaan Sarıaydın məlumat verib.

"Türkiyə üzərində oyunlar gedir. ABŞ Avropanı qorxu altına saxlayır, ipləri boynuna keçirib.

Bu da yeni müttəfiqliyin yaranmasına səbəb olacaq. Siyasət və iqtisadiyyat meydanında yeni səhifələr açılacaq.

Yaxın günlərdə Türkiyəyə yaxınlaşan, müttəfiqlik istəyən dövlətlər olacaq.

Çünki burada dünya hegemonluğuna qarşı birlik lazımdır.

O hegemonun çöküşü 5 il, 10 il çəkə bilər.

Amma artıq başlayıb. Ssenarinin ilk səhnəsi işə düşüb.

Amerika neft-dollar bazarının qrantı olan Səudiyyə Ərəbistanını yanına alıb, dünyaya meydan oxuyur. Bu sistem sabit qaldığı müddətdə, dollar yerini qoruyur. Yanında İsrail, Ərəbistan, ABŞ var. Amerika Türkiyə ilə Rusiyanın Suriyaya girib, onu ordan yox etməsinin intiqamını almağa çalışacaq.

Biz bu gün hərbi yox, iqtisadi savaşın ortasındayıq.

ABŞ Rusiya bazarından dolları azaldır.

Tezliklə pul, dollar qıtlığı olacaq.

Rusiya və Çin dollar hökmranlığından xilas üçün həmlələr edir. Bəli, bir gecəyə alınmayacaq, amma 5 ilə olacaq".


MANŞET XƏBƏRLƏRİ