"Azovstal"dan çıxarılan 900-dən çox əsgər həbsxanaya salındı


Rusiya uzun sürən mühasirədən sonra liman şəhəri Mariupoldakı "Azovstal" polad zavodundan təxliyə edilən 900-dən çox ukraynalı əsgərin Donetsk vilayətindəki keçmiş həbsxana kompleksinə yerləşdirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya tərəfi əsirlərin nəzarətdə olduğunu bildirib. Ukrayna isə təxliyə edilən əsgərlərinin vəziyyəti ilə bağlı hələlik açıqlama verməyib.

Rusiya Müdafiə Nazirliyi "Azovstal"dan çıxarılan əsgərlərin fotoşəkillərini yayıb.

Qeyd edək ki, yüzlərlə əsgərin yerləşdiyi "Azovstal" polad zavodunda qida və suyun tükəndiyi bildirilib. Bundan sonra oradakı hərbçilərin təxliyəsinə start verilib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ