Azov batalyonunun komandirləri axtarışa verildi - Rusiya DİN


Rusiya Daxili İşlər Nazirliyi Azov Ukrayna döyüş batalyonunun komandirlərinin axtarışına elan verib.

Turkustan.azxəbər verir ki, komandirlər Sergey Veliçko və Konstantin Nemiçev cinayət məcəlləsi üzrə axtarışdadır. Onlar 8 rus hərbçisini öldürməyə cəhdə görə həbs olunacaqlar.

Qeyd edək ki, mayın 18-də Donetsk Xalq respublikasının Vostok batalyonunun yaradıcısı Aleksandr Xodakovskiy Azovstal kombinatının 600 ukraynalı hərbçisinin təslim olması barədə məlumat vermişdi.

Ali Məhkəmə Azovun terrorçu təşkilatı elan edilməsi ilə bağlı işə baxacaq.

Axtarışda olan komandirlər hərbi tribunala veriləcək. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ